16 
Sen
2019
10:48
676
24
5869
Virtual karabakh

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO/VİDEO

16 Sen, 2019
10:48
5869

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, muzey istifadəyə verildikdən sonra qəhrəmanın yaşadığı evdə saxlanılan şəxsi əşyaları burada sərgilənəcək. 

Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Mart ayından başlanan tikinti işləri artıq tamamlanmaq üzrədir.

Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid eksponatlar yer alacaq. Muzeyə gələn ziyarətçilərin rahatlığı üçün zalda isitmə və soyutma sistemləri quraşdırılıb. Eləcə də, M.İbrahimovun həyatı barədə maraqlı məqamları qeyd etmək istəyənlər üçün burada stol, stul yerləşdirilib. 

Biləsuvar Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, 10-20 günə muzeyin açılması gözlənilir:  

“Hələlik binada son tamamlanma işləri gedir. Demək olar ki, hər şey hazırdır. Yalnız qəhrəmana məxsus əşyaların muzeyə yığılması qalıb. Lazım olan əşyalar yığılandan sonra muzey açılacaq. Hazırda bu proses davam edir.

Muzeyin dəqiq nə vaxt açılacağı məlum deyil. Amma 10-20 günə açılış olacaq. Yəni muzeyin açılması ilin sonuna kimi qalmayacaq”.

İcra Hakimiyyətindən bildirilib ki, rayon əhalisinə qəhrəmana aid əşyalar və ya şəkillərin olması ilə bağlı elanlar verilib: “Kimdə qəhrəmanla bağlı nələrsə varsa, muzeyə təqdim edə bilər. Artıq bununla bağlı rayon əhalisinə müraciət etmişik”.    

M.İbrahimovun qardaşı Bəhruz İbrahimov Oxu.Az-a bildirib ki, evlərində qəhrəmana aid olan əşyalar muzeyə aparılmayıb: 

“Hələlik açılış haqqında dəqiq məlumatımız yoxdur. Çünki təmir işləri gedir”.  

Dövlət dəstəyi ilə tikilən muzey yaxın günlərdə istifadəyə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri