17 
Sen
2019
12:45
64
274
10850
Virtual karabakh

Masallıda ağır qəza: polis kapitanı öldü - FOTO

17 Sen, 2019
12:45
10850

Masallıda ağır qəza: polis kapitanı öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində polis kapitanı vəfat edib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sərçuvar kəndində qeydə alınıb.

Lənkəran rayonu Girdəni kənd sakini, 67 yaşlı Kamal Fətullayevin sürücüsü olduğu “KamAZ” markalı yük maşını Bakı şəhəri, Sabunçu rayon sakini, 33 yaşlı Mehdi Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı maşınla toqquşub. 

Nəticədə, xəstəxanaya çatdırılan M.Əhmədov ağır bədən xəsarətləri aldığından həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri