18 
Sen
2019
17:31
36
367
27870
Virtual karabakh

Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

18 Sen, 2019
17:31
27870

Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən görüntülər yayılıb. 

Oxu.Az-ın bölgə müxbirinin əldə etdiyi görüntülərdə “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlandığı əksini tapıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri