19 
Sen
2019
23:57
56
32
3594
Virtual karabakh

Ağstafada hərbi sursat tapıldı - FOTO

19 Sen, 2019
23:57
3594

Ağstafada hərbi sursat tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 11 ədəd tank əleyhinə mina və 2 ədəd mərmi tapılıb. 

"ANAMA"dan verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları sözügedən ərazidə göl kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 6 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) top mərmisi (2 ədəd 37 mm-lik BR-167 və 4 ədəd 100 mm-lik BR-412), 2 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (UİTM-60) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların (PHS) və minanın ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri