20 
Sen
2019
13:25
14
216
5342
Virtual karabakh

Bakı-Qazax yolunda “Chevrolet” aşdı: ölən var - YENİLƏNİB + FOTO

20 Sen, 2019
13:25
5342

Bakı-Qazax yolunda “Chevrolet” aşdı: ölən var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Asif Cəfərov hadisə yerində ölüb.

Oxu.Az xəbər verir ki, nəqliyyat vasitəsinin sürücüsü - Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Üzeyir Şabanov və həmyerlisi, 1943-cü il təvəllüdlü Binəli Atakişiyev xəsarət alıb.

Ü.Şabanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. B.Atakişiyev artıq evə buraxılıb.

12:32

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralında, rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı maşın aşıb. 

Ölən və yaralıların olduğu bildirilir.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri