23 
Sen
2019
10:01
8
108
3641
Virtual karabakh

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

23 Sen, 2019
10:01
3641

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun dörd zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq.

Bundan başqa “Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri planlaşdırır.

Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri