24 
Sen
2019
01:32
79
33
3591
Virtual karabakh

Qazaxda doqquz ədəd top mərmisi tapıldı - FOTO

24 Sen, 2019
01:32
3591

Qazaxda doqquz ədəd top mərmisi tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən adıçəkilən ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 45 mm-lik top mərmisi (8 ədəd OR-240 və 1 ədəd BR-240) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri