Okt
2019
09:14
33
133
5705
Virtual karabakh

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı açıqlandı

4 Okt, 2019
09:14
5705

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, son illərdə müəllimlərin aylıq vəzifə maaşı iki dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə üç dəfədən çox artaraq təqribən 55 min olub.

Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri