Okt
2019
17:51
43
226
7177
Virtual karabakh

Azərbaycanda qəzəblənən qayınata mülkə görə maşınla gəlinini vurdu - YENİLƏNİB

4 Okt, 2019
17:51
7177

Azərbaycanda qəzəblənən qayınata mülkə görə maşınla gəlinini vurdu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonunda baş verən insidentin təfərrüatı üzə çıxıb. 

Oxu.Az-ın əldə etdiyi məlumatlara əsasən, Şahvələdov Qara Varad oğlu münaqişə zamanı gəlini Şahvələdova Əfsanə Fəxrəddin qızını “Niva” markalı avtomobili ilə vurub. 

Nəticədə, qadın yüngül xəsarət alıb. Hazırda hər iki şəxs polis idarəsində dindirilir. 

İlkin məlumata görə, münaqişə mülk üstündə olub.

17:34

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Report xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. 

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. 

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri