Okt
2019
01:32
143
192
9137
Virtual karabakh

Göytəpədəki zibillik təmizlənir - YENİLƏNİB + FOTO/VİDEO

6 Okt, 2019
01:32
9137

Göytəpədəki zibillik təmizlənir - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cavabdeh qurumlar Cəlilabad rayonunun Göytəpə şəhərindəki çayın yaxınlığında əmələ gəlmiş kütləvi natəmizliyi aradan qaldırmağa, təmizlik işləri aparmağa başlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Facebook” səhifəsində rəssam Ülviyyə Musayeva yazıb:

“Dostlar, Ekologiya Nazirliyindən və Fövqəladə Hallar Nazirliyindən ildırımlı sürətli reaksiya gəldi. Mənim “Facebook”dakı birbaşa yayımım və jurnalistlərin reaksiyası sayəsində ərazidə təmizlik işləri gedir”.

Qeyd edək ki, rəssam Ülviyyə Musayevanın “Facebook” sosial şəbəkəsində Cəlilabad rayonunun Göytəpə şəhərindəki antisanitar vəziyyəti əks etdirən görüntüləri saytımızda da geniş ictimaiyyətə təqdim olunmuşdu. Göründüyü kimi, işıqlandırılan problem diqqətdən kənarda qalmayıb.

5 oktyabr, 12:49

Rəssam Ülviyyə Musayeva “Facebook” sosial şəbəkəsində Cəlilabad rayonunun Göytəpə şəhərindəki antisanitar vəziyyəti əks etdirən görüntülər paylaşıb.

Belə ki, kadrlarda çayın yaxınlığında məişət tullantılarının olduğu görünür. Tullantılar nəinki çayın kənarındadır, həm də çaya atılıb.

“Bura böyük bir poliqondur. Ətraf mühitdə nə baş verdiyini görün. İnsanlar ətrafı zibilləyirlər, çünki zibilləri atmağa başqa yerləri yoxdur”, - deyə Ü.Musayeva bildirib.

Ü.Musayeva bu ərazinin xəstəlik mənbəyi olduğunu vurğulayıb. O, müvafiq dövlət qurumlarını problemə reaksiya verməyə və tədbirlər görməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri