Okt
2019
02:47
18
241
10562
Virtual karabakh

FHN: “Binə” TM-də yanğın 2-3 min kv/m ərazini əhatə edib - FOTO

8 Okt, 2019
02:47
10562

FHN: “Binə” TM-də yanğın 2-3 min kv/m ərazini əhatə edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayonunda gecə saatlarında “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Hazırda yanğının söndürülməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Oxu.Az xəbər verir ki, bunu hadisə yerinə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirilib.

"Hazırda söndürülmə üzrə son işlər görülür, soyutma işləri aparılır. Yanğının konkret hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq. İlkin ehtimallara görə, yanğın təxminən, 2-3 min kv/m ərazini əhatə edib", - deyə nazir müavini qeyd edib.

Yanğın ticarət mərkəzinin “Elit” hissəsində başlayıb, daha sonra xeyli əraziyə keçib. Üçüncü sıradan başlayan yanğın paltar bölümünü külə döndərib.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri