Okt
2019
12:04
50
112
5149
Virtual karabakh

“ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə daxil olan vəsait açıqlandı

9 Okt, 2019
12:04
5149

“ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə daxil olan vəsait açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyəti layihələr həyata keçirilir. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.

O bildirib ki, ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. 

“Görülən işlər yaxın gələcəkdə göstərilən xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidi təmin edəcək. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, 2019-cu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”.

Ülvi Mehdiyev onu da qeyd edib ki, Agentlik tərəfindən rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir:

“ASAN xidmət” yeddi ildir fəaliyyət göstərir. Bu yeddi il ərzində “ASAN xidmət” mərkəzlərinin saxlanmasına dövlət büdcəsindən 132 mln. manat vəsait ayrılıb. Bununla yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə 135 mln. manat vəsait daxil olub”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri