10 
Okt
2019
12:17
27
143
3598
Virtual karabakh

Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur

10 Okt, 2019
12:17
3598

Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil naziri Ceyhun Bayramov bəzi məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur:

“Bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğun həyata keçirilir. Ancaq bəzi ərazilərdə və yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın daxili miqrasiya məsələlərindən irəli gələrək bir sıra məktəblərdə sıxlıq müşahidə olunur”.

Nazir qeyd edib ki, bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur:

“Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri