17 
Okt
2019
14:53
293
63
20643
Virtual karabakh

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

17 Okt, 2019
14:53
20643

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Report-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri