18 
Okt
2019
10:24
15
148
3108
Virtual karabakh

Azərbaycanda daha bir qız qaçırıldı

18 Okt, 2019
10:24
3108

Azərbaycanda daha bir qız qaçırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda 18 yaşlı qız qaçırılıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Belə ki, Abdal kənd sakinləri – 27 yaşlı Tural Zeynalov tanışları 25 yaşlı Mehman Qasımov və 23 yaşlı Pərviz Musayevlə birlikdə evlənmək məqsədi ilə qız qaçırıb.

Əhmədabad kəndinə gələn dostlar kənd sakini Şəbnəm Məmmədovanı zorla maşına mindirərək Gədəbəy rayonunun Tərsyer kəndinə aparıblar.

Qızın yaxınlarının şikayəti əsasında polis hadisəni törədən T.Zeynalovu, M.Qasımovu və P.Musayevi şübhəli şəxs qismində saxlayıb.

Fakt araşdırılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri