19 
Okt
2019
16:07
36
154
3823
Virtual karabakh

Qaçaq yolla ölkəyə gətirilən külli miqdarda telefon və aksesuar saxlanılıb - FOTO

19 Okt, 2019
16:07
3823

Qaçaq yolla ölkəyə gətirilən külli miqdarda telefon və aksesuar saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon və aksesuarlar gətirən şəxs saxlanılıb. 

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb. 

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri