23 
Okt
2019
15:19
40
233
6591
Virtual karabakh

Azərbaycanda kafedə dəhşət: Qadın kişinin üstünə qaynar samovar aşırdı

23 Okt, 2019
15:19
6591

Azərbaycanda kafedə dəhşət: Qadın kişinin üstünə qaynar samovar aşırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəydə 23 yaşlı kişinin üstünə qaynar samovar aşıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayondakı kafelərin birində qeydə alınıb.

Hüseynov Elməddin Ramazan oğlu üz nahiyəsinin yanığı, ikinci dərəcəli ağır yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirilir ki, hadisəni adı açıqlanmayan qadın edib. O, E.Hüseynovun üzərinə qaynayan samovarı aşırıb. Hələlik qadının hansı səbəbdən bu addımı atdığı açıqlanmır. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri