25 
Okt
2019
17:23
105
273
28956
Virtual karabakh

Vilayət Eyvazov yeni rəis təyin etdi

25 Okt, 2019
17:23
28956

Vilayət Eyvazov yeni rəis təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinə yeni rəisi təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Hikmət Qasımov təyinat alıb.

O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini işləyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb.  

Xatırladaq ki, Mingəçevir ŞPİ-nin rəisi Teymur Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri