Noy
2019
13:11
173
37
4047
Virtual karabakh

Sabahın havası: 19 dərəcə isti olacaq

4 Noy, 2019
13:11
4047

Sabahın havası: 19 dərəcə isti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri