Noy
2019
17:46
17
158
5489
Virtual karabakh

Gənc qızın ölümündə günahlandırılan klinika rəhbəri və həkim şikayətini geri götürdü

4 Noy, 2019
17:46
5489

Gənc qızın ölümündə günahlandırılan klinika rəhbəri və həkim şikayətini geri götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və klinikanın direktoru Cəbrayıl Sultanovun barələrində olan hökmlərdən verilən kassasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qeyd edilib ki, onlar kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət ediblər.  

Ali Məhkəmə hər iki şəxsin müraciətlərini təmin edib. 

2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı Leyla Mürsəlova vəfat edib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Məhkəmənin hökmü ilə E.Quluzadə iki il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.

C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Hər üç həkim hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onların şikayəti təmin edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri