Noy
2019
16:20
41
160
5802
Virtual karabakh

“Azərsu” sədri: Bəzi yerlərdə BŞİH yanlışlığa yol verib

7 Noy, 2019
16:20
5802

“Azərsu” sədri: Bəzi yerlərdə BŞİH yanlışlığa yol verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bəzi binaların üzərindən çənlərin yığışdırılmasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qurum hansı ərazilərdə fasiləsiz su rejiminə keçirsə, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edir:

“Həmin xətlərin kəsilməsi və su axıntılarının qarşısının alınması üçün dəstək veririk. Bu çənlərin yığışdırılmasında da ilk təşəbbüs bizim tərəfimizdən verilib. Amma bu məsələdə bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, bu hadisə Xətai rayonunda baş verdi.

Bakı Şəhər İcra Hakimiyyəti orada layihə həyata keçirəndə çənləri götürmüşdü. Sonra bizim mütəxəssislər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Çünki həmin əraziyə fasiləsiz su vermək mümkün deyildi. Bu səbəbdən də çənlər geri qaytarıldı”.

“Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın”, - deyə sədr əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri