11 
Noy
2019
16:48
10
140
2568
Virtual karabakh

Bərdədə iki maşın toqquşdu: bir ailənin üç üzvü yaralandı - FOTO

11 Noy, 2019
16:48
2568

Bərdədə iki maşın toqquşdu: bir ailənin üç üzvü yaralandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. 

“Mercedes” markalı avtomobillə “Honda” markalı maşın toqquşub. 

Nəticədə üç nəfər, Kəlbəcər rayon məcburi köçkünləri - 1963 -cü il təvəllüdlü Tağıyeva Gülzar Savalan qızı, 1999-cu il təvəllüdlü Tağızadə Vüsal Zahid oğlu, 1990-cı il təvəllüdlü Tağıyev Elnur Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri