12 
Noy
2019
12:13
32
114
3533
Virtual karabakh

İki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıldı

12 Noy, 2019
12:13
3533

İki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, noyabrın 11-i səhər saat 8 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri