19 
Noy
2019
13:25
95
22
4164
Virtual karabakh

Azərbaycanda məşhur bankdan 1,5 milyon manat pul oğurlayanın xarici vətəndaşla bağlı qərar verildi

19 Noy, 2019
13:25
4164

Azərbaycanda məşhur bankdan 1,5 milyon manat pul oğurlayanın xarici vətəndaşla bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə elektron hesablayıcı maşınların (EHM) sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda və oğurluqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Bildirilib ki, Sergey Petroviçi kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Ali Məhkəmə onun müraciətini təmin edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sergey Petroviçi 10 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

Məlumata görə, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri çərçivəsində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq, 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya edilib.

İttihama görə, S.Aksentiyeviç Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrupla əlbir olaraq ölkə banklarınının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması əməliyyatlarında təqsirləndirilir. Belə ki, o, “viber” mesajlaşma proqramı vasitəsilə əldə etdiyi şifrələrlə bankın bankomatlarından oğurluq edib.

O, bankomatlara kart daxil etmədən pul ötən ilin 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb. O, bu pulları hissə-hissə xaricə göndərib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində “Unibank” tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri