20 
Noy
2019
15:40
161
12
2504
Virtual karabakh

Bu il Azərbaycanda nə qədər körpə doğulub? - RƏSMİ

20 Noy, 2019
15:40
2504

Bu il Azərbaycanda nə qədər körpə doğulub? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min 702 nəfər doğulan körpə qeydiyyta alınıb.

Oxu.Az xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalır.

Doğulan körpələrin 53,2 %-i oğlan, 46,8 %-i isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, dördü isə dördəm olaraq doğulub.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 42 017 ölüm halı qeydə alınıb. Bu rəqəm 2018-ci ilin müvafiq dövrü üçün 43 min 640 olub. 

Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 olduğu halda cari ildə bu rəqəm 5,7-yə düşüb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri