22 
Noy
2019
01:58
17
131
3940
Virtual karabakh

Sürücü vurduğu qadını xəstəxanaya çatdırdı, vəziyyəti ağırdı

22 Noy, 2019
01:58
3940

Sürücü vurduğu qadını xəstəxanaya çatdırdı, vəziyyəti ağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.  

Bəxtiyar adlı sürücü idarə etdiyi “Haval” markalı minik avtomobili yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Haqverdiyeva Aygün Əlizamin qızını vurub.  

Hadisəni törədən Bəxtiyar adlı şəxs yaralını xəstəxanaya çatdırıb.  

A.Haqverdiyevaya qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri