22 
Noy
2019
09:29
6
118
7034
Virtual karabakh

Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı

22 Noy, 2019
09:29
7034

Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti barədə yeni məlumat yayılıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, zəhərlənən tələbələrin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Onların vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri