26 
Noy
2019
15:16
120
21
2169
Virtual karabakh

Quba və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım göstəriləcək

26 Noy, 2019
15:16
2169

Quba və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 30 noyabr 2019-cu il tarixində Bakı şəhəri 8 və 10 saylı Vəkil Büroları tərəfindən Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 10:00-13:00-da Quba və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri