27 
Noy
2019
15:14
67
41
6858
Virtual karabakh

BDU-nun zəhərlənən tələbələrindən xəbər var

27 Noy, 2019
15:14
6858

BDU-nun zəhərlənən tələbələrindən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BDU-nun zəhərlənən tələbələri evə buraxılıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyi məlumat verib. 

“21 noyabr tarixində Bakı Dövlət Universitetinin  2 saylı yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan iki tələbə qız bu gün saat 14:50-də evə yazılıblar”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.  

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri