Dek
2019
03:54
52
56
4721
Virtual karabakh

Salyanda koma vəziyyətində olan kişi tapıldı

1 Dek, 2019
03:54
4721

Salyanda koma vəziyyətində olan kişi tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yaşlı kişi koma vəziyyətində tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Noxudlu kəndi ərazisində qeydə alınıb. Salyan şəhər Əli Zeynalov küçəsində yaşayan, 1960-cı il təvəllüdlü Əsədov Malik Adil oğlu avtomobil yolunda koma vəziyyətində tapılıb.

Bədəninin müxtəlif yerlərində xəsarətləri olan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yaşlı kişinin hansı səbəbdən xəsarət aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri