Dek
2019
13:34
91
43
10006
Virtual karabakh

Dekabrın ilk iş günündə hava necə olacaq? - PROQNOZ

1 Dek, 2019
13:34
10006

Dekabrın ilk iş günündə hava necə olacaq? - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.  

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

Nisbi rütubət 80-90 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.  

Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri