Dek
2019
13:34
50
17
2037
Virtual karabakh

Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs hakim qarşısında

3 Dek, 2019
13:34
2037

Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən İbrahimov Şəmsəddin Yapon oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun icraatında olan məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 12-nə təyin edilib. 

Qətl hadisəsi bu ilin may ayında baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək, oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri