Dek
2019
16:31
289
26
3083
Virtual karabakh

Oxu.Az işıqlandırdı, Xaçmazda üfunət bürüyən kənd tullantılardan təmizləndi - FOTO/VİDEO

5 Dek, 2019
16:31
3083

Oxu.Az işıqlandırdı, Xaçmazda üfunət bürüyən kənd tullantılardan təmizləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

ETSN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

ETSN-nin əmədaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib. 

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt  tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qeyd edək ki, ötən gün Oxu.Az-da Xaçmaz rayonunun Armudpadar kəndində yığılıb qalan zibillərin natəmizlik yaratması ilə bağlı yazı dərc olunub.

İlhamə Əbülfət

Foto: Emin Xan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri