Dek
2019
10:19
4
117
1757
Virtual karabakh

Astarada qadının çantasını oğurlayıb qaçdılar - FOTO

7 Dek, 2019
10:19
1757

Astarada qadının çantasını oğurlayıb qaçdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb. 

Lakin faktı törədən şəxs çox da uzağa gedə bilməyib. F.Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb. 

Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “iPhone” markalı mobil telefon aşkar edilərək götürülüb. 

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri