Dek
2019
11:55
16
379
3874
Virtual karabakh

Abbas Səhhətin nəvəsi kirayədə yaşayır - VİDEO

7 Dek, 2019
11:55
3874

Abbas Səhhətin nəvəsi kirayədə yaşayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın dahi şairi Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyeva REAL TV-yə müsahibə verib. 

Oxu.Az xəbər verir ki, 94 yaşlı Q.Mehdiyeva şairin sağ qalan yeganə qızı Dostuxanımın qızıdır.

A.Səhhətin digər qızı Ruqiyyə Sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən şairin ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.

Q.Mehdiyeva yeganə oğlu ilə kirayədə qalır. 

Bir vaxtlar evləri olsa da, gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir. O, öz evinin olmasını arzulayır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri