Dek
2019
16:23
13
111
5210
Virtual karabakh

Azərbaycandan Avstraliyaya “unikal” üsulla narkotik göndərmək istədilər - FOTO/VİDEO

9 Dek, 2019
16:23
5210

Azərbaycandan Avstraliyaya “unikal” üsulla narkotik göndərmək istədilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Dövlət Gömük Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.

Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə poçt bağlaması araşdırma məqsədilə saxlanılıb.

Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri