10 
Dek
2019
00:35
216
17
4891
Virtual karabakh

Rusiyada Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin nəşi təkrar dəfn edilib

10 Dek, 2019
00:35
4891

Rusiyada Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin nəşi təkrar dəfn edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Rusiyanın Bryansk mərkəzi qəbiristanlığında azərbaycanlı hərbçi, “Qırmızı Bayraq” ordeni mükafatçısı Böyük Ağa Nuxi oğlu Mehdiyevin nəşinin dəfn edilməsi üçün təntənəli mərasim keçirilib.

Oxu.Az-ın xəbərinə görə, o, Bryansk Cəbhəsi 50-ci ordusunun 413-cü Piyada Diviziyasının əsgəri olub.

Dəfn mərasimində Bryansk vilayətinin qubernatorunun müavini Aleksandr Korobko, vilayət Dumasının deputatı Lüdmila Juravleva, “Azərbaycanlılar Konqresi” Bryansk regional ictimai təşkilatının sədri Xəlilov Yusif Sayyaf oğlu və Moskvadan gələn qonaqlar iştirak ediblər.

Qırmızı Ordu əsgəri ilə vidalaşmaq üçün üç qardaşı oğlu da gəlib. Anma tədbirində onlara qəhrəmanın Qırmızı Bayraq ordeni verilib.

Əsgərin qalıqları Roqnedinski rayonu ərazisindəki kəşfiyyat işləri zamanı  keçmiş “Enerji” kolxozunun ərazisində aşkar edilib.

Günel Murad

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri