10 
Dek
2019
12:30
36
325
15097
Virtual karabakh

“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur

10 Dek, 2019
12:30
15097

“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

150 minlik ziyana düşdüm.

Oxu.Az xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri Seymur Orucov deyib.

Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:

“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.

Mənim özümün 150 min manatlıq malım (dam örtükləri) yanıb-kül olub. İkimərtəbəli mağaza işlədirdim. Hər biri 72 kvadratmetr olan mağaza və 40 kvadratmetrlik həyət sahəsi yanıb. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.

Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.

Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri