11 
Dek
2019
11:09
12
105
2296
Virtual karabakh

Azərbaycanlının Rusiyaya gətirdiyi çiçəkləri əlindən aldılar

11 Dek, 2019
11:09
2296

Azərbaycanlının Rusiyaya gətirdiyi çiçəkləri əlindən aldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlının Rusiyaya gətirdiyi çiçəklər hava limanında əlindən alınıb.

Oxu.Az-ın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsinin məlumatına əsasən verdiyi xəbərə görə, o, Azərbaycandan Krasnoyarsk şəhərinə yeddi növ idxalı qadağan olunmuş çiçək gətirib.

Onun qadağanı pozaraq Rusiya ərazisinə gətirdiyi çiçəklər hava limanında əlindən alınıb və aidiyyəti üzrə məhv edilib.

Məhsulun sahibi olan azərbaycanlı məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Rusiyada müvafiq qurum Azərbaycan, Tacikistan, Ukrayna, Abxaziya və Gürcüstandan gələn sərnişinlərin əl yüklərində və sərnişin baqajlarında bitki məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

Günel Murad

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri