13 
Dek
2019
00:38
9
132
3852
Virtual karabakh

İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

13 Dek, 2019
00:38
3852

İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “Qazel” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və minik avtomobilində olan-Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri