13 
Dek
2019
18:03
28
115
4096
Virtual karabakh

Sulutəpə qəsəbəsindəki problemlə bağlı İcra Hakimiyyətindən - AÇIQLAMA

13 Dek, 2019
18:03
4096

Sulutəpə qəsəbəsindəki problemlə bağlı İcra Hakimiyyətindən - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir.

Bununla bağlı qəsəbə sakinləri saytımıza müraciət edərək öz şikayətlərin bildiriblər.

Onlar qeyd ediblər ki, yol problemi artıq illərdir öz həllini tapmır, yağış yağan kimi uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, problemin həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qrumlara rəsmi məlumat göndərilib. 

Qeyd edilib ki, qəsəbəyə kanalizasiya sisteminin çəkilməsi məsələsi “Azərsu” ASC tərəfindən dövlət proqramına salınıb və yaxın zamanlarda icra edilməsi gözlənilir.

Eyni zamanda, asfatla örtüyünün çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq silsilə şəkildə aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri