15 
Dek
2019
12:54
20
223
8680
Virtual karabakh

Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO

15 Dek, 2019
12:54
8680

Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üstünə yıxılıb.  

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz “Facebook” profilində yazıb. 

Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər. 

Tezliklə “Dərnəgül” stansiyasından qatar gəlsə də, xoşbəxtlikdən ağır faciə baş verməyib. 

Relslərə yıxılan şəxs huşunu itirmiş halda olub.  

Ayıldıqdan sonra polis əməkdaşları onu müayinə üçün aparıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri