16 
Dek
2019
10:29
3
105
1433
Virtual karabakh

Qusarda bir ailənin səkkiz üzvü qidadan zəhərlənib

16 Dek, 2019
10:29
1433

Qusarda bir ailənin səkkiz üzvü qidadan zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin səkkiz üzvü qida zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qələcuq kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, doqquz yaşlı Lalə, səkkiz yaşlı Məhəmmədəli, yeddi yaşlı Mədinə, beş yaşlı Seyidəli, bir yaşlı Şəfa evdə yedikləri göy qutabından zəhərləniblər.

Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirib ki, zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar bu gün səhər saatlarında evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri