16 
Dek
2019
13:31
12
244
12336
Virtual karabakh

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

16 Dek, 2019
13:31
12336

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Saratov vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.

Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində qeydə alınıb.

Belə ki,  “Chery” minik maşınını idarə edən 26 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri