20 
Dek
2019
08:50
14
181
5766
Virtual karabakh

Bakı metrosunda problem: Sıxlıq yarandı - VİDEO

20 Dek, 2019
08:50
5766

Bakı metrosunda problem: Sıxlıq yarandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bildirib ki, bu gün səhər saat 07:00 radələrində “İçərişəhər” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb:

“Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində, yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub.  Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.

Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri