20 
Dek
2019
10:47
433
77
28516
Virtual karabakh

Ən çox hansı icra başçısından narazısınız? - SORĞUDA İŞTİRAK EDİN

20 Dek, 2019
10:47
28516

Ən çox hansı icra başçısından narazısınız? - SORĞUDA İŞTİRAK EDİN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və müavini Ramazan Tatarovun tutulmasının əməliyyat görüntülərini yayıb.

Videoda Ramiz Tatarovun Nizaməddin Quliyevin tapşırığı ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət alması və ona təqdim etməsi əks olunub.

Bu hadisə Azərbaycanda icra başçılarının fəaliyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Azərbaycanda rayonlara təyin olunan icra başçılarının bir çoxunun fəaliyyətindən narazılıqların olduğu barədə mətbuatda məlumatlar yayılır.

Oxu.Az-ın redaksiyasına da bir çox rayondan şikayətlər daxil olur.

Bunu nəzərə alaraq ən çox şikayət daxil olan rayonların icra başçıları haqqında sorğu keçiririk.

Oxucuları səsvermədə aktiv iştirak etməyə çağırırıq.

“Daha çox hansı icra başçısından narazısınız?” sorğusu üzrə aşağıdakı icra başçılarının siyahısını təqdim edirik:

Ən çox hansı icra başçısından narazısınız?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri