23 
Dek
2019
12:56
8
172
1888
Virtual karabakh

Abşeronda sürücü 79 yaşlı piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

23 Dek, 2019
12:56
1888

Abşeronda sürücü 79 yaşlı piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 22-si, saat 18 radələrində Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq hadisə yerindən qaçıb.

Hadisə nəticəsində piyada ölüb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri