25 
Dek
2019
15:06
62
143
5672
Virtual karabakh

Umayra Tağıyeva: Azərbaycanda hava anomal keçir

25 Dek, 2019
15:06
5672

Umayra Tağıyeva: Azərbaycanda hava anomal keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir.  

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub:

“Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub.

Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın (76-115%) olub”, - deyə U.Tağıyeva qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri