29 
Dek
2019
13:19
27
150
1796
Virtual karabakh

“Azəriqaz” rəsmisi: Azərbaycanda əhaliyə verilən qazın keyfiyyətində problem olsaydı...

29 Dek, 2019
13:19
1796

“Azəriqaz” rəsmisi: Azərbaycanda əhaliyə verilən qazın keyfiyyətində problem olsaydı...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ərazisində əhaliyə verilən təbii qazın tərkibi narahatlığa əsas vermir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təbii qazın tərkibi və keyfiyyəti vətəndaşlarda narahatlıq yaratmamalıdır:

“Azərbaycanda əhaliyə verilən qazın keyfiyyətində problem olsaydı, qazdan zəhərlənmə halları bütün binanı əhatə edərdi.

Bildiyiniz kimi, belə hallar fərdi hevlərdə baş verir. Müasir tipli inşa edilən binalarda bu cür zəhərlənmə hallarına rast gəlinməyib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri