Yan
2020
17:23
99
421
10723
Virtual karabakh

Azərbaycanda daha bir nəfər saxta içkidən zəhərlənərək öldü

4 Yan, 2020
17:23
10723

Azərbaycanda daha bir nəfər saxta içkidən zəhərlənərək öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb.

Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P.Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P.Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri